Əlaqə | Linklər
YETKİNLİK YAŞINA ÇATMAYANLARA DAİR ƏDALƏT MÜHAKİMƏSİ SİSTEMİ

Yetkinlik yaşına çatmayanlara ünvanlanan social siyasətin hüquqi əsası kimi, yuvenal ədliyyənin inkişafı bu gün qanunverici, icra hakimiyyəti, məhkəmə, yerli özünüidarə orqanları və vətəndaş cəmiyyəti qurumlarının səylərinin cəmləşdiyi əsas nöqtədir.

Yuvenal Ədliyyə Məlumat Portalının təsisçiləri olan, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Ümidli Gələcək Gənclər Təşkilatı, ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyi - bu portalı yuvenal ədliyyə sisteminin inkişafı prosesində iştirak edən məhkəmə, qanunverici, icra hakimiyyəti, ictimai təşkilatlar, yerli özünüidarə orqanları arasında məlumat və təcrübə mübadiləsini təmin etmək məqsədilə yaratmışlar.

Bu məlumat portalı 2005-ci ilin Yanvar ayından başlayaraq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının üzvü olan Ümidli Gələcək Gənclər Təşkilatının ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyinin dəstəyilə «Azərbaycanda Yuvenal Ədliyyənin inkişafı» proqramı çərçivəsində yaradılmışdır.

SORĞU

Azərbaycanda Yuvenal Məhkəmə və Yuvenal Hakimlərə ehtiyac varmı??





    Nəticələr

XƏbƏrlƏr vƏ HadİsƏlƏr

Uşaq Tərbiyə Müəssisəsinə səfər

27 dekabr 2011

 Bildiyiniz kimi, 2007-ci il avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, UNİCEF, ATƏT-in Bakı Ofisi və Uşaq Hüquqları üzrə QHT Alyansı  arasında bağlanmış Əməkdaşlıq Memorandumuna əsasən yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təkmilləşdirilməsi və uşaqlar arasında  cinayətkarlığın önlənməsi məqsədilə xüsusi pilot layihə həyata keçirilir. 

 

Azərbaycanda Uşaq müdafiə sistemi: mövcud durum və çətinliklər” mövzusunda dəyirmi masa

   Son dövrlərdə mövcud uşaq müdafiəsi və qayğı sistemi ilə əlaqədar bir çox işlər həyata keçirilir. 2005-2011-ci illər ərzində Azərbaycan hökuməti və Milli Məclis bir sıra əhəmiyyətli qanun və digər normativ sənədlər qəbul etmişdir. Eyni zamanda bir sıra qanunlara dəyişiklik edilərək uşaqların müdafiəsi daha da gücləndirilmişdir.  

Press Reliz - 22 Июня 2006. Омбудсман Предложила Создать Детскую Горячую Линию.

Сегодня состоялась конференция на тему «Создание детской горячей линии и перспектива деятельности», организованная Альянсом НПО Азербайджана по правам детей и ОБСЕ. 
Disclaimer/Vacib qeyd: Bu internet saytında yerləşdirilimiş məlumat yalnız tədris və məlumat xarakteri daşıyır. Burada yerləşdirilmiş məlumat və sənədlər rəsmi hüquqi yardım və məsləhət kimi qəbul edilməməlidir. Hüquqi yardım və ya məsləhət almaq üçün, xahiş edirik, qeydiyyatdan keçmiş hüquq firmalarına, vəkillərə, ombudsmana və ya ictimai müdafiə təşkilatlarina müraciət edəsiniz.